Bakının daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 30 aprel 2018 09:36 (UTC +04:00)

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai rayonu Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 30 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Bu barədə "APA-Economics"ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

"Alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR