Göyçayda canavarlar qoyun sürüsünə hücum edib

Göyçayda canavarlar qoyun sürüsünə hücum edib
# 06 fevral 2018 14:53 (UTC +04:00)

Göyçay rayonunda xırdabuynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Yekəxana kəndində baş verib.

Canavarlar kəndin kənarındakı qoyun sürüsünə soxularaq sakinlərə məxsus 10 baş qoyunu parçalayıblar.

Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR