ABŞ-da kiberfırıldaqçılıqda şübhəli bilinən erməni mühakimə ediləcək

ABŞ-da kiberfırıldaqçılıqda şübhəli bilinən erməni mühakimə ediləcək
# 08 sentyabr 2015 10:40 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində erməni əsilli Miqran Melkonyan da daxil olmaqla, 4 nəfər kiber fırıldaqçılığa görə mühakimə olunacaq.


APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, onlar bank fırıldaqçılığında ittiham edilir.

Kiber cinayətdə təqsirləndirilən şəxslər 119 min şəxsi bank hesabını ələ keçirib. Federal Prokurorluğun məlumatına görə, onlar “American Express” kartının müştərilərinin oğurlanmış şəxsi məlumatlarından istifadə edərək müəyyən məbləğlərdə pul çıxarıblar və saxta əməliyyatlar formal təşkilatlar vasitəsilə həyata keçirilib.

Təqsirkarlara qarşı irəli sürülən 23 maddəlik ittiham aktına görə, onları 20 ilədək həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR