Gürcüstanda azərbaycanlı dostunu qətlə yetirib

Gürcüstanda azərbaycanlı dostunu qətlə yetirib
# 22 fevral 2017 09:20 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda qətl hadisəsi baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə rayonun Nəzərli kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri - 1987-ci il təvəllüdlü Babək Sabir oğlu Əhmədov və 1989-cu il təvəllüdlü Ceyhun Əmirxan oğlu Orucov arasında dünən gecə saatlarında mübahisə olub. Nəticədə B. Əhmədov C.Orucovu bıçaqlayıb.

Qardabani rayon xəstəxanasına yerləşdirən C. Orucov orada dünyasını dəyişib.

Hadisəni törədən B.Əhmədov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb.

O, hazırda polis tərəfindən axtarılır.

B.Əhmədovla C. Orucovun dost, qonşu olduqları bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR