“Bank Melli İran Baku”nun kredit portfeli azalıb

“Bank Melli İran Baku”nun kredit portfeli azalıb
# 11 iyul 2018 11:21 (UTC +04:00)

“Bank Melli İran Baku”nun aktivlərinin həcmi 2018-ci ilin II rübündə 108,132 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23,38 çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 26,68% azalaraq 3,308 mln. manat olub.

Hesabat dövründə bankın depozit portfeli 2 dəfə artaraq 4,436 mln. manat təşkil edib.

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 73,611 mln. manat olub, məcmu kapitalı 69,285 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR