Ərdoğan: "Avropa İttifaqı insan haqları barədə düşünmür"

Ərdoğan: "Avropa İttifaqı insan haqları barədə düşünmür"
# 24 dekabr 2016 12:13 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Suriya ərazisində müxtariyyətin yaradılmasına qarşı çıxıb. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkə başçısı İstanbulda keçilirən Xarici iqtisadi əlaqələr şurasının iclasında bildirib.

"Türkiyə Suriyanın şimalında yeni dövlətin yaradılmasına imkan verməyəcək", - deyə o bildirib.

Prezident Avropa İttifaqını da sərt tənqid edib: "Avropa İttifaqı iyulun 1-dək suriyalı qaçqınların dəstəklənməsi üçün bizə 3 mlrd. avro ayıracağına söz vermişdi. Lakin biz bu günə qədər cəmi 677 mln. avro almışıq. Bu vəsait Türkiyəyə deyil, suriyalı qaçqınlara ayrılır. Bəs hanı bu vəsait? Bu, onu deməyə əsas verir ki, Avropa İttifaqı humanizm və insan haqları barədə düşünmür".

Ərdoğan qeyd edib ki, Türkiyə hökuməti surayalı qaçqınların ehtiyaclarının qarşılanması üçün 20 mlrd. dollar xərcləyib: "Bu, kiçik rəqəm deyil. Bəs "varlı Qərb" haradadır?"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR