Cəmil Həsənli deputatlığa namizəd olmayacağını açıqlayıb

Cəmil Həsənli deputatlığa namizəd olmayacağını açıqlayıb
# 07 sentyabr 2015 13:58 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Milli Şura Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı qərarını bu həftə açıqlayacaq”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib.

C. Həsənli seçkidə iştrak etməmə ehtimalının da mümkünlüyünü bildirib: “Hər halda mən bu seçkilərdə iştirak etməyəcəyəm. Mənimlə bağlı məsələ aydındır. Milli Şuranın seçki ilə bağlı qərarı isə bu həftə məlum olacaq”.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR