AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
# 11 may 2018 12:04 (UTC +04:00)

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, assosiasiyanın inzibati binasında təşkil olunan tədbirdə Azərbaycan milli komandası barədə baş məşqçi Qurban Qurbanovun qısa hesabatı dinlənilib.

Ardınca lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olunub.

Komitə üzvləri müzakirələrdən sonra aşağıdakı qərarları qəbul edib:

Topaz Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionat davam etdirilsin. 2018/2019-cu il mövsümündən etibarən əvəzedici komandanın oyunu əsas komandanın oyunundan 1 gün əvvəl keçirilsin.

Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limit aşağıdakı qaydada tətbiq olunsun: 1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-99-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunsun.

AFFA-nın baş katibliyi Birinci Divizionla bağlı İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etsin.

AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri Muxtar Babayevin istefası qəbul olunsun. AFFA-nın növbəti Konfransına qədər Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR