“Balakən-Kəndkimya”nın 25 min manatlıq qiymətli kağızları dövriyyədən çıxarılıb

“Balakən-Kəndkimya”nın 25 min manatlıq qiymətli kağızları dövriyyədən çıxarılıb
# 12 noyabr 2016 06:44 (UTC +04:00)

“Balakən-Kəndkimya” ASC-nin qiymətli kağızları dövriyyədən çıxarılıb və ləğv edilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi ASC-nin yenidən təşkil edilərək MMC-yə çevrilməsi ilə bağlıdır.

Məlumata əsasən, dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların sayı 12329 ədəd, nominal dəyəri 2 manat təşkil edir.

Qiymətli kağızların geri satınalınması şərtlərinə görə səhmlər müvafiq olaraq paylara çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR