Azərbaycan Ordusu şəhid verib

Azərbaycan Ordusu şəhid verib
# 21 iyul 2018 11:53 (UTC +04:00)

Azərbaycan Ordusunun əsgəri şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Alışov Səməd Anar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR