YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirilib

YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirilib
# 26 yanvar 2018 14:11 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon Təşkilatının inzibati binasında YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirilib.

Binəqədi İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağının keçirilməsinin məqsəd və məramından bəhs edərək hesabat dövrü ərzində görülən işlərin, reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb.

YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədr əvəzi Fəsli Nəbiyev isə hesabat-məruzə ilə çıxış edib. Hesabat dövrü ərzində görülən işləri diqqətə çatdıran F. Nəbiyev dövlət gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini bildirib, rayonda gənclərin inkişafı üçün yaradılmış şəraiti və görülən işləri xüsusi olaraq vurğulayıb.

Hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov isə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib. Onun sözlərinə görə, Binəqədi rayonunda gəncləri hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılması, yüksək fəallığa malik potensial gənclər olaraq yetişmələri istiqamətində mühüm işlər görülür.

Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran digər məsələlər – YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin 37 nəfərdən ibarət Şura və 21 İdarə Heyətinin üzvlərinin tərkibləri müzakirə olunaraq təsdiq edilib. Səsvermənin nəticələrinə əsasən Fəsli Nəbiyev sədr, Nigar Məmmədova, Anar Əliyev və Fərhad Hacıyev isə sədr müavinləri seçilib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında bildirib ki, ölkəmizdə bütün sahələrdə layiqincə təmsil olunan gənclər içərisində Yeni Azərbaycan Partiyasının gənclərinin xüsusi rolu var.

Hesabat-seçki yığıncağında Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim edilib. YAP Binəqədi rayon Təşkilatının ictimai-siyasi həyatına fəal iştirakına görə bir qrup gənc fəxri fərmanla təltif olunub.

Hesabat-seçki yığıncağında yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov isə Azərbaycanda həyata keçirilən, dövlətçiliyimizin möhkəmlənməsinə və xalqımızın rifahına hesablanmış mühüm islahatlardan söhbət açıb: “Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması onu sübut edir ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR