"Yapı Kredi Bank Azərbaycan" nağd pul ehtiyatını 63% artırıb

"Yapı Kredi Bank Azərbaycan" nağd pul ehtiyatını 63% artırıb
# 01 fevral 2017 09:31 (UTC +04:00)

"Yapı Kredi Bank Azərbaycan" QSC 2016-cı ilin sonuna dair maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Yapı Kredi Bank Azərbaycan" 2015-ci illə müqayisədə ötən il xalis əməliyyat mənfəətini 79% artıraraq 19,316 mln. manata çatdırıb.

Bankın açıqladığı hesabatdan məlum olur ki, 2016-cı ildə qeyri faiz gəlirləri 25,782 milyon manat olub ki, bu da ötən illə müqayisədə 40,6% çoxdur.

Mövcud iqtisadi şəraitdə bank 2016-cı ildə nağd pul ehtiyatlarını da kifayət qədər artırıb. Belə ki, bu rəqəm 2015-ci il ilə müqayisədə 62,9% artaraq 250,484 mln. manat olub.

Hesabatı şərh edən bankın İdarə Heyətinin sədri Cenk Yüksel bildirib: "Azərbaycan iqtisadiyyatına yatırım etmək və bankçılıq sektorunda güvənli bir banka çevrilmək üçün illərdir Avropanın 17 ölkəsində olan təcrübəmizdən istifadə etməkdəyik".

Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC Türkiyənin ən böyük banklarından biri olan "Yapı Kredi"nin törəməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR