Türkiyədə HDP həmsədrləri haqqında həbs qərarı verilib

Türkiyədə HDP həmsədrləri haqqında həbs qərarı verilib
# 04 noyabr 2016 15:02 (UTC +04:00)

Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ haqqında həbs qətimkan tədbiri seçilib.

APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Diyarbəkir İkinci Sülh Məhkəməsi saxlanılan hər iki HDP həmsədri barədə həbs qərarı verib.

Məhkəmə HDP deputatları İdris Baluken, Nursel Aydoğan, Leyla Birlik haqqında da həbs qərarı çıxarıb. Digər deputatlar - Ziya Pir, İmam Taşçıər, Sırrı Sürrəyya Öndər isə sərbəst buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR