Dünyanın ilk vətəndaş robotu Gürcüstanda beynəlxalq sammitdə iştirak edəcək

Dünyanın ilk vətəndaş robotu Gürcüstanda beynəlxalq sammitdə iştirak edəcək
# 07 iyul 2018 12:33 (UTC +04:00)

Məşhur Sofiya adlı insanabənzər robot 17-19 iyul tarixində Tbilisidə keçiriləcək “Açıq hökumət tərəfdaşlığı” qlobal sammitində iştirak edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, robot qadın sammit çərçivəsində iyulun 18-də ictimai xidmətlər və innovasiyalar mövzusunda keçiriləcək sessiyada auditoriyaya təqdim olunacaq.

Beynəlxalq tədbirə dünyanın 70-dən çox ölkəsindən nümayəndələr qatılacaq.

Qeyd edək ki, qadın robot Sofiya 2015-ci ildə yaradılıb. 2017-ci ildə ona Səudiyyə Ərəbistanının vətəndaşlığı verilib. Sofiya vətəndaşlıq almış ilk robot kimi tarixə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR