Brüsseldə Heydər Əliyevin xatirəsi anılıb

Brüsseldə Heydər Əliyevin xatirəsi anılıb
# 12 dekabr 2016 20:27 (UTC +04:00)

Dekabrın 12-də Brüsseldə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, NATO Yanında Daimi Nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.

Səfirlikdən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən səfir Fuad İsgəndərov Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunu xatırladaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib, Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yeri və çəkisi olduğunu vurğulayıb, gənc nəslin nümayəndələrinə Ulu Öndərin zəngin irsini dərindən öyrənməyi tövsiyə edib.

Daha sonra Azərbaycanın NATO Yanında Daimi Nümayəndəsi Xəzər İbrahim çıxış edərək, Azərbaycanın müstəqilliyinin Heydər Əliyev tərəfindən qorunub saxlanıldığını və möhkəmləndirildiyini bildirmiş, dünya dövlətləri içərisində ölkəmizin güclü ölkə və etibarlı tərəfdaş kimi tanınmasında Heydər Əliyev əvəzsiz rolu olduğunu diqqətə çatdırıb.

Mərasim zamanı çıxış edən digər qonaqlar da Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna rol oynamış Heydər Əliyev irsinin əbədi olaraq yaşayacağına əminlik bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR