Zaqatalada poçt şöbəsinə basqın olub

Zaqatalada poçt şöbəsinə basqın olub
# 23 iyul 2018 09:38 (UTC +04:00)

Zaqatalada poçt şöbəsinə basqın olub.

APA-nın məlumatına görə, iyulun 21-dən 22-ə keçən gecə Azərpoşt MMC-nin Zaqatala rayon filialının Mosul kənd şöbəsinin giriş qapısının qıfılını sındırılıb. Poçt şöbəsinə daxil olan nəməlum şəxs və ya şəxslər oradan pul tapa bilmədikləri üçün binanı tərk ediblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR