ATƏT-in baş katibi: "Rusiyanın hərbi-siyasi məsələlərin həllində rolunu davam etdirməsini istəyirik"

 ATƏT-in baş katibi: "Rusiyanın hərbi-siyasi məsələlərin həllində rolunu davam etdirməsini istəyirik"
# 04 aprel 2018 15:42 (UTC +04:00)

"Rusiya avroatlantik regionda təhlükəsizliyin bərqərar olmasında əsas oyunçulardan biridir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında jurnalistlərə açıqlamasında ATƏT baş katibi Tomas Qreminger bildirib.

"Biz istəyirik ki, Rusiya hərbi-siyasi məsələlərin həllində vacib rolunu davam etdirsin. Avropanın hərbi və hərbi-siyasi sahələrdə Rusiyaya ehtiyacı var. Moskva ilə münasibətlərin konstruktiv olması Avropanın ümumi təhlükəsizliyinə və ATƏT-in fəaliyyətinə müsbət təsir edəcək. Rusiya Avropanın təhlükəsizliyində əsas tərəfdaşdır. Rusiya bizə lazımdır, bu, sözsüz ki, ATƏT-ə də aiddir", - deyə T. Qreminger söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR