Tacikistan səfiri etimadnaməsini Azərbaycan prezidentinə təqdim edib - YENİLƏNİB

Tacikistan səfiri etimadnaməsini Azərbaycan prezidentinə təqdim edib - <span style="color: red;">YENİLƏNİB
# 12 sentyabr 2017 10:58 (UTC +04:00)

Prezident İlham Əliyev sentyabrın 12-də Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevin etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, prezident səfirlə söhbətində ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib, qeyd edib ki, Tacikistan prezidenti ilə keçirdiyi görüşlər zamanı əməkdaşlığımızın daha da genişlənməsi ilə bağlı səmərəli müzakirələr aparılıb.

İqtisadi əlaqələrə toxunan dövlət başçısı ölkələrimizin nəqliyyat sistemləri və müxtəlif istiqamətlərdə yük daşımaları ilə bağlı yeni imkanların olduğunu qeyd edib. Dövlət başçısı deyib ki, humanitar, mədəni sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bu sahələrdə əlaqələr uğurla inkişaf edir. Prezident İlham Əliyev Rustam Soliyevin səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Rustam Soliyev Tacikistan prezidenti Emoməli Rəhmonun salamlarını və yaxın zamanlarda prezident İlham Əliyevlə görüşmək arzusunu çatdırıb. Azərbaycanla Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin bu il qeyd olunacağını deyən səfir ikitərəfli dostluq münasibətlərinin əsasının ümummilli lider Heydər Əliyev və prezident Emoməli Rəhmon tərəfindən qoyulduğunu vurğulayaraq, bu siyasətin bu gün də uğurla davam etdirilməsi ilə bağlı prezident İlham Əliyevə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, siyasi əlaqələr yüksək səviyyədədir, ölkələrimiz BMT, ATƏT, MDB çərçivəsində sıx əməkdaşlıq həyata keçirir.

Görüşdə ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, təhsil, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

***

10.26

Prezident İlham Əliyev sentyabrın 12-də Tacikistanın Azərbayanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevin etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR