Hindistanla Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyi qeyd olunub

Hindistanla Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyi qeyd olunub
# 01 mart 2017 08:44 (UTC +04:00)

Hindistanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib.

APA-nın məlumatına görə, tədbirdə dövlət qurumları, diplomatik korpus nümayəndələri, millət vəkilləri və ictimai xadimlər iştirak edib.

Hindistanın Azərbaycandakı səfiri Sancay Rana iki xalq arasında münasibətlərin 25 illə məhdudlaşmadığını, dövlətlər arasında münasibətlərin regionda sabitliyə töhfə verdiyini deyib. İki ölkənin BMT də daxil olmaqla, müxtəlif beynəlxalq arenalarda bir-birini dəstəklədiyini deyən diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulayıb. S. Rana ölkəsinin Azərbaycan ilə iqtisadi əlaqələrə böyük önəm verdiyini nəzərə çatdırıb.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR