Göygöl rayon Mərkəzi Xəstəxanasında körpə ölümü baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə xəstəxananın doğum şöbəsində qeydə alınıb.
Gəncə şəhər sakini Əhmədova Aygül Pəhləvan qızı dekabrın 31-də xəstəxanada körpə dünyaya gətirib.
Bu gün isə körpə dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.