Səudiyyə Ərəbistanında terror aktının qarşısı alınıb

Səudiyyə Ərəbistanında terror aktının qarşısı alınıb
# 12 sentyabr 2017 01:31 (UTC +04:00)

Səudiyyə Ərəbistanında terror aktının qarşısı alınıb.

APA-nın məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.

Məlumata görə, xüsusi əməliyyat nəticəsində Ər-Riyadda iki İŞİD silahlısı saxlanılıb. Yəmən vətəndaşları olan silahlılar Səudiyyə Ərəbistanı müdafiə nazirliyinin binasına silahlı hücum etməyi planlaşdırıblar. Həyata keçirilən əməliyyat zamanı onlardan partlayıcı qurğular, qumbaralar və odlu silah müsadirə olunub.

Güc strukturlarının əməkdaşları tərəfindən həmçinin iki Səudiyyə Ərəbistanı vətəndaşı saxlanılıb, onların terrorçularla əlaqələri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR