Allahşükür Paşazadə Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak edəcək

Allahşükür Paşazadə Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak edəcək
# 11 oktyabr 2016 15:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı “Təzəpir” məscidində keçiriləcək qanvermə aksiyasında iştirak edəcək. Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də Məhərrəmlik ayının onuncu günü - Aşurada Səhiyyə Nazirliyinin və QMİ-nin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR