Kim Çen In nüvə proqramından imtina etməyə hazır olduğunu bəyan edib

Kim Çen In nüvə proqramından imtina etməyə hazır olduğunu bəyan edib
# 09 mart 2018 03:41 (UTC +04:00)

Şimali Koreya lideri Kim Çen In nüvə və raket sınaqlarından imtina etməyə hazır olduğunu bəyan edib. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə KXDR lideri lə bir neçə gün əvvəl danışıqlar aparmış Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön bildirib.

«Mən prezident Donald Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu ifadə edib. Kim Çen In Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib», - deyə Çon In Yön bildirib.

Qeyd edək ki, D.Tramp Kim Çen Inla təkbətək görüş keçirməyə razılıq verib.

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidentini təkbətək görüşə dəvət edib.

CNN telekanalının yaydığı xəbərə görə, Vaşinqtonda səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Kim Çen Inın görüşün keçirilməsinə dair məktubunu Donald Trampa təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR