Mart ayında Bakı şəhərində istehlak məhsullarının və xidmətlərin qiymətləri fevral ayına nisbətən 0,1% bahalaşıb.
Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, bu müddət ərzində o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4%, xidmətlər üzrə qiymətlər 0,1% bahalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri 0,4% ucuzlaşıb.