Baş nazirin müavini Əli Əhmədov seçkilərlə əlaqədar iki aylıq məzuniyyətə çıxıb

Baş nazirin müavini Əli Əhmədov seçkilərlə əlaqədar iki aylıq məzuniyyətə çıxıb
# 12 fevral 2018 07:09 (UTC +04:00)

Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndəsi təyin edilib.

YAP-dan APA-ya verilən məlumata görə, Əli Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevral ayının 12-dən aprel ayının 11-nə qədər etibarən baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR