Məhkəmə Koçaryan haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxır

Məhkəmə Koçaryan haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxır
# 27 iyul 2018 08:36 (UTC +04:00)

Ermənistan paytaxtının Şenqavit rayon Məhkəməsi keçmiş prezident Robert Koçaryan haqqında həbs qətimkan tədbiri seçilməsi barədə Xüsusi İstintaq Komitəsinin təqdimatına baxır.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, R. Koçaryan özü məhkəmə iclasına gəlməyib. Vəkillər prosesin təxirə salınması barədə vəsatət qaldırıblar.

Qeyd edək ki, iyulun 26-da R. Koçaryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR