“Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlı beynəlxalq konfrans keçirilib

“Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlı beynəlxalq konfrans keçirilib
# 14 mart 2018 08:29 (UTC +04:00)

VI Qlobal Bakı Forumu çərçivəsində “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” beynəlxalq elmi konfrans keçirilib.

APA-nın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə keçirilən konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, deputat İsa Həbibbəyli, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Böyük Britaniyanın Kembric universitetinin doktoru Kristina van Ruymbek, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli dahi şairin yaradıcılığından danışıblar.

İ. Həbibbəyli Nizami Gəncəvinin Azərbaycan xalqının yetişdirdiyi, dünya ədəbiyyatına böyük töhfə verən qüdrətli simalardan biri olduğunu deyib: “Dahi şairimiz bir sıra məşhur ədəbiyyatçılarla müqayisə edilir. Nizami Gəncəvi dünya ədəbiyyatının Makedoniyalı İsgəndəridir. Makedoniyalı İsgəndər hərbi qüdrəti, gücü ilə Nizami Gəncəvi isə ədəbi şöhrəti, qələmi, bədii istedadı ilə dünyanı fəth edə biliblər”.

T. Kərimli isə müstəqillik illərində ölkəmizdə Nizamişünaslıq sahəsində aparılan tədqiqat işlərdən danışıb. O, dünyada dahi Nizami Gəncəvinin əsərlərinə daim ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Sonra Kristina van Ruymbek Nizami Gəncəvənin əsərləri üzrə təhlillərlə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR