Bank Of Baku

Parlamentin komitə sədri: “Həkimlərin işə qəbul qaydası kökündən dəyişir” - VİDEO

Parlamentin komitə sədri: “Həkimlərin işə qəbul qaydası kökündən dəyişir” - VİDEO
# 15 fevral 2022 12:22 (UTC +04:00)

“Bu gün həkim çatışmazlığı problemi böyük problemdir. İndi həkimlərin işə qəbul qaydası kökündən dəyişdirilir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, həkimlərin bölgələrdə işə qəbul edilməsi həmin bölgələrdəki tibb müəssisələrinin ixtiyarına veriləcək: “Bu da problemin həllinə kömək edəcək. Biz Səhiyyə Nazirliyi, TƏBİB və İTSDA ilə koronavirusla, icbari tibbi sığorta və bütövlükdə səhiyyə problemləri ilə bağlı dinləmələr keçiririk və keçirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR