Bank Of Baku

Ağcabədi və Zərdab rayonlarında fərdi yaşayış evləri yanıb

Ağcabədi və Zərdab rayonlarında fərdi yaşayış evləri yanıb
# 29 avqust 2021 01:22 (UTC +04:00)

Ağcabədi rayonunun Hacıbədəlli kəndində ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. 

Digər yanğın hadisəsi Zərdab rayonunun Nəzəralılı kəndində baş verib.

Ümumi sahəsi 260 m² olan birmərtəbəli evin yanar konstruksiyaları (çiy kərpic və taxta konstruksiyalardan ibarət) yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Hər iki yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR