Marqvelaşvili: “Müxtəlif millətlərin nümayəndələri Gürcüstanda problemsiz birgə yaşayırlar”

Marqvelaşvili: “Müxtəlif millətlərin nümayəndələri Gürcüstanda problemsiz birgə yaşayırlar”
# 16 noyabr 2017 13:51 (UTC +04:00)

“Tolerantlıq Gürcüstanda tarix boyu davam edən ənənədir”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin Beynəlxalq Tolerantlıq Günü münasibətilə xüsusi bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, əsrlər boyu müxtəlif millətləri və dinləri təmsil edən insanlar Gürcüstanda problemsiz birgə yaşayıblar və ümumi vətəni qurublar: “Azad avropalı Gürcüstanın qurulması prosesi hamı üçün vacib əhəmiyyət kəsb edir və müxtəlifliyə baxmayaraq hər bir fərd bu prosesin iştirakçısı və yaradıcısı olmalıdır. Mədəni müxtəliflik, müxtəlif adət-ənənələrin qəbul edilməsi və onlara hörmətlə yanaşma cəmiyyətdə konsensus, sülh və hərtərəfli inkişaf üçün vacib şərtdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR