Türkiyədə məktəbli avtobusu aşıb, 2 şagird ölüb, 41 nəfər yaralanıb

Türkiyədə məktəbli avtobusu aşıb, 2 şagird ölüb, 41 nəfər yaralanıb
# 06 yanvar 2017 08:40 (UTC +04:00)

Türkiyədə məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 08.00 (Bakı vaxtı ilə saat 09.00) radələrində Konyanın Cihanbeyli qəsəbəsində Cihanbeyli Sağlıq Məslək Liseyinin şagirdlərini daşıyan avtobus aşıb.

Qəzaya yolun buzlu bağlamasının səbəb olduğu ehtimal edilir. Qəza nəticəsində 2 şagird ölüb, 4-ü ağır olmaqla, 41 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR