Sankt-Peterburqda Cümhuriyyətin 100 illiyi münasibətilə tədbir və kitab təqdimatı keçirilib

Sankt-Peterburqda Cümhuriyyətin 100 illiyi münasibətilə tədbir və kitab təqdimatı keçirilib
# 31 may 2018 13:47 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində, Mayakovski kitabxanasının nəzdindəki Şərq Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan-Rusiya Parlamentlərarası Dostluq Cəmiyyətinin sədri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin təbrik məktubu oxunub. Sonra azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Fəqam Kəsəmənli, diyarşünas alim Almira Tahircanova, tarix elmləri doktoru, professor Vadim Mixaylov mövzuya dair çıxışlar ediblər. Rövşən Həşimovun AXC-nin tarixi haqqında hazırladığı geniş məruzə maraqla qarşılanıb.

Tədbir çərçivəsində Sankt-Peterburqda yaşayan soydaşımız Şahnaz Kamalın nəşr etdirdiyi “Azerbaydjanskaya Respublika-100 (1918-1920)” adlı kitabın təqdimatı da keçirilib. Elmi redaktorları filologiya elmlər doktoru, professor Vaqif Sultanlı, tarix elmləri doktoru, professor Vadim Mixaylov, elmi məsləhətçi isə filologiya elmləri doktoru, professor Vilayət Quliyev olan kitabda 26 müəllifin 24 məqaləsi toplanıb. Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Polşa, Macarıstan və Fransadan olan müəlliflərin yazıları da kitabda əksini tapıb. Ş. Kamal 1918-ci il 28 may tarixinin Azərbaycan xalqı üçün çox önəmli, şərəfli bir tarix olduğunu qonaqların diqqətinə çatdırıb. Sonda AXC qurucularının fotolarından ibarət slayd göstərilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR