DİN: Sumqayıtda meyiti tapılan qadın boğularaq öldürülüb

DİN: Sumqayıtda meyiti tapılan qadın boğularaq öldürülüb
# 08 avqust 2017 09:37 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.

Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürülməsi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində F. Nuriyev tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Qeyd edək ki, APA S. Bayramovanın üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə ötən gün məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR