Azərbaycan “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının planlaşdırma konfransında iştirak edir

Azərbaycan “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının planlaşdırma konfransında iştirak edir
# 21 may 2018 14:40 (UTC +04:00)

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının Moskvada keçirilən 3-cü planlaşdırma konfransında iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının iyulun 29-dan avqustun 11-dək yeddi ölkənin - Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Çin, İran və Ermənistan ərazisində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Moskvada keçirilən 3-cü planlaşdırma konfransı mayın 25-də bitəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR