Prezident Ağcabədidə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub

Prezident Ağcabədidə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub
# 28 noyabr 2017 12:40 (UTC +04:00)

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

İ. Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb. Ali Baş Komandana interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR