ATƏT: Donbasda tərəflər bir-birlərinə qarşı ağır silahlardan istifadə edirlər

ATƏT: Donbasda tərəflər bir-birlərinə qarşı ağır silahlardan istifadə edirlər
# 23 noyabr 2016 17:34 (UTC +04:00)

Donbasda münaqişə tərəfləri bir-birlərinə qarşı ağır silahlardan istifadə edirlər.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik Ukrayna üzrə Təmas qrupunun iclasından sonra bəyan edib

"Təmas xəttində vəziyyət gərgin olaraq qalır, atəşkəsin müntəzəm pozulması halları qeydə alınır", - deyə M.Saydik bildirib.

Onun sözlərinə görə, tərəflərin bir-birlərinə qarşı ağır silahlardan istifadə etməsi ölüm halları ilə nəticələnir. “Halbuki, ağır silahlar təmas xəttində olmamalıdır”, ATƏT rəsmisi vurğulayıb.

Martin Saydik bildirib ki, noyabrın 29-da “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR