Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16% artıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16% artıb
# 14 yanvar 2020 12:32 (UTC +04:00)

2019-cu il ərzində Azərbaycandan 1 954 363,36 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, qeyri-neft sektoru üzrə ixrac həcmi 2018-ci illə müqayisədə 15,7% çoxdur.

Qeyd edək ki, hesabat dövründə ölkə üzrə cəmi ixracda qeyri-neft sektorunun xüsusi çəkisi 2018-ci ilə nisbətən 1,3 faiz bəndi artaraq 10% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR