İsveçdə körpü uçub, 12 nəfər xəsarət alıb

İsveçdə körpü uçub, 12 nəfər xəsarət alıb
# 13 iyul 2017 16:22 (UTC +04:00)

İsveçdə inşa olunan körpünün dəmir yolunun üzərinə uçması nəticəsində 12 nəfər xəsarət alıb.

APA-nın İsveç mətbuatına istinadən verdiyi məlumata görə, hadisə İsveçin mərkəzində yerləşən Dalarna şəhərində baş verib.

Xəsarət alanlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.

Onlar helikopterlərlə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə yerində 15-20 nəfərin ola biləcəyi ehtimal edilir. Hadisə baş verdiyi yerdə qatarların hərəkəti müvəqqəti olaraq saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR