Dağıstanda əməliyyat zamanı 2 terrorçu öldürülüb, 2 əməliyyatçı həlak olub - YENİLƏNİB

Dağıstanda əməliyyat zamanı 2 terrorçu öldürülüb, 2 əməliyyatçı həlak olub - <span style="color: red;">YENİLƏNİB
# 28 avqust 2017 19:06 (UTC +04:00)

Dağıstanın Xasavyurd şəhəri yaxınlığında keçirilmiş antiterror əməliyyatı zamanı 2 terrorçu öldürülüb, 2 əməliyyatçı həlak olub.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl bir terrorçunun məhv edildiyi, bir əməliyyatçının həlak olduğu bildirilirdi.

Milli Antiterror Komitəsinin məlumatına əsasən, əməliyyat zamanı baş verən atışma nəticəsində Xasavyurd cinayətkar qruplaşmasına daxil olan 2 terrorçu öldürülüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir. Mülki əhali arasında zərərçəkən olmayıb.

***

16:11

Dağıstanın Balyurt qəsəbəsində keçirilmiş antiterror əməliyyatı zamanı Xasavyurd cinayətkar qruplaşmasına daxil olan 1 nəfər öldürülüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 xüsusi xidmət orqanı əməkdaşının öldüyü və daha 2 nəfərin yaralandığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı dəstənin qaldığı 3 evi mühasirəyə alıb və atışma bu zaman başlayıb.

Milli Antiterror Komitəsinin informasiya mərkəzi silahlı dəstəyə qarşı əməliyyatın keçirildiyini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR