Ağdam sakinini elektrik cərəyanı vurub

Ağdam sakinini elektrik cərəyanı vurub
# 25 iyul 2018 07:49 (UTC +04:00)

Ağdamda 43 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Hacıməmmədli kəndində baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Quliyev Natiq Yusif oğlu kustar üsulla hazırladığı qızdırıcı qurğunun üstünə su ilə dolu vedrəni qoyarkən cərəyan onu vurub. Evdə tək olan N. Quliyevin köməyinə çatan olmayıb və nəticədə o, ölüb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR