Məmurun qətlində təqsirləndirilən qadın hökmdən kassasiya şikayəti verib

Məmurun qətlində təqsirləndirilən qadın hökmdən kassasiya şikayəti verib
# 10 noyabr 2017 09:19 (UTC +04:00)

Qətldə təqsirləndirilən Xalidə İsgəndərova barəsində olan hökmdən kassasiya şikayəti verib.

APA-nın məlumatına görə, onun kassasiya şikayətinə noyabrın 21-də Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X. İsgəndərova 18 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR