İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edəcək

İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edəcək
# 09 iyul 2018 13:31 (UTC +04:00)

Kənd təsərrüfatı naziri İnam Kərimov iyulun 20-də Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Görüşdə iştirak etmək istəyənlər Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR