MBNP bankların sistem əhəmiyyətlilik meyarlarını təsdiqləyib

MBNP bankların sistem əhəmiyyətlilik meyarlarını təsdiqləyib
# 07 aprel 2017 16:02 (UTC +04:00)

"Maliyyə Bazarlarına Nəzarət Palatası bankların sistem əhəmiyyətlilik meyarlarını təsdiq edib". "APA-Economics" xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında "Banklar haqqında" qanuna dəyişikliklərə dair qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.


"Banklar haqqında" qanunda Azərbaycanda bankların sistem əhəmiyyətliliyinin tənzimləyici tərəfindən müəyyənləşdirilməsi halı göstərilib. Bu qanun əsasında Palatanın Direktorlar Şurası tərəfindən bankların sistem əhəmiyyətli meyarlarını təsdiq etmişik. Bu dünyada qəbul olunmuş praktikadır. Bank nəzarəti üzrə Bazel Komitəsinin, Avropa Birliyinin direktivlərində, ayrı-ayrı ölkələrin qərarlarında təsdiq etdiyi dəqiq ölçülə bilən meyarlar əsasında müəyyən edilir. Bizim qanunvericilikdə, dünyada da sistem əhəmiyyətli banklar əsasən dövlət vəsaiti hesabına sağlamlaşdırıldığına görə biz yeni qanunda təklif etmişik ki, bu meyarlar müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla nəzarət orqanı tərəfindən müəyyən edilsin. Müvafiq icra hakimiyyəti orqanı dedikdə, təbii ki, bu, cənab prezidentin səlahiyyətindədir. Dövlət başçısı qanunu imzalayarkən müvafiq icra hakimiyyəti orqanını müəyyən edəcək. Amma biz öz tərəfimizdən müvafiq icra orqanı qismində Maliyyə Nazirliyini təklif etmişik. Çünki dövlət vəsaitləri Maliyyə Nazirliyi tərəfindən idarə olunur", - deyə R.Aslanlı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR