Sentyabrda Azərbaycandan Gürcüstana və əks istiqamətdə pulköçürmələri azalıb

 Sentyabrda Azərbaycandan Gürcüstana və əks istiqamətdə pulköçürmələri azalıb
# 14 oktyabr 2016 14:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin 9 ayında Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 556,1 min dollar pul köçürülüb.

"APA-Economics" Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, bu, 2015-ci ilin sentyabr ayı ilə müqayisədə 331,2 min dollar və ya 37,33% azdır. Avqust ayı ilə müqayisədə sentyabr ayında Gürcüstandan ölkəmizə pul axını 760,9 min dollar və ya 2,4 dəfə azalıb.

Ümumiyyətlə, hazırda bu ölkədən Azərbaycana köçürülən pulun Gürcüstandan xaricə köçürülmüş pul vəsaitlərində xüsusi çəkisi 3,63%-nə bərabərdir.

Hesabat dövrü ərzində Azərbaycandan Gürcüstana 1 mln. 96,5 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin avqust ayına nisbətən 86,3 min dollar və ya 7,3% azdır. Bu ilin sentyabr ayı ilə avqust ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 1 mln. 394,3 min dollar və ya 55,98% azalıb.

Ümumiyyətlə, bu ilin 9 ayının nəticələrinə görə, Azərbaycandan bu ölkəyə köçürülən vəsait ümumi pul köçürməsinin 1,09%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR