Ekologiyaya ziyan vuran sahibkar 4800 manat cərimələnib

Ekologiyaya ziyan vuran sahibkar 4800 manat cərimələnib
# 30 may 2018 07:26 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib li, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Üzeyir 2” kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyənləşib.

Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR