Argentina Hərbi-Dəniz Qüvvələri yoxa çıxan sualtı qayığın minaya düşməsini təkzib edib

Argentina Hərbi-Dəniz Qüvvələri yoxa çıxan sualtı qayığın minaya düşməsini təkzib edib
# 27 noyabr 2017 17:38 (UTC +04:00)

Noyabrın 15-də yoxa çıxan sualtı qayığın minaya düşməsi və yaxud hücuma məruz qalması barədə heç bir məlumat yoxdur.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Argentina Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi Enrike Balbi bildirib.

Bundan əvvəl Argentina rəsmiləri sualtı qayıqda partlayışın baş verməsi barədə ehtimal irəli sürüblər.

Argentina Hərbi Dəniz Qüvvələrinin “San-Xuan” sualtı hərbi qayığı ilə əlaqə noyabrın 15-də kəsilib. Argentina sahillərində itən sualtı qayıqda 44 heyət üzvü olub. Almaniyada istehsal olunmuş və uzunluğu 66 metr olan sualtı döyüş qayığı 1985-ci ildə Argentina Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR