Ermənistanın hakim partiyasının baş nazir postuna namizədi olmayacaq

Ermənistanın hakim partiyasının baş nazir postuna namizədi olmayacaq
# 02 may 2018 17:25 (UTC +04:00)

Ermənistanın hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.

Bununla yanaşı o əminliklə bildirib ki, ölkənin Nazirlər Kabinetinin yeni sədrinin adı mayın 8-də məlum olacaq.

Qeyd edək ki, Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı səsvermə mayın 8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR