Martda Vyanada Avstriya-Azərbaycan biznes-forumu keçiriləcək

Martda Vyanada Avstriya-Azərbaycan biznes-forumu keçiriləcək
# 31 yanvar 2018 10:57 (UTC +04:00)

Avstriyanın paytaxtı Vyana şəhərində Avstriya-Azərbaycan biznes-forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) “APA-Economics”ə verilən məlumata görə, martın 2-də Vyanada Avstriya-Azərbaycan biznes-forumunun keçirilməsi nəzərdə tutulur.

Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə baş tutacaq. Azərbaycan nümayəndə heyətinə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəhbərlik edəcək.

Forum çərçivəsində Avstriya iş adamları ilə işgüzar əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin sahibkarlarının iştirakı ilə ikitərəfli görüşlərin təşkili planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR