Zimbabvenin 93 yaşlı prezidenti istefaya getməkdən imtina edib

Zimbabvenin 93 yaşlı prezidenti istefaya getməkdən imtina edib
# 16 noyabr 2017 18:45 (UTC +04:00)

Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe hərbçilərlə danışıqlar zamanı istefa verməkdən imtina edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Silahlı Qüvvələrindəki yüksək çinli mənbə bildirib.

“Onlar bu gün görüşüblər. O istefa verməkdən imtina edib. Fikrimcə, o sadəcə vaxt udmaq istəyir”, - deyə mənbə bildirib.

Qeyd edək ki, sabiq baş nazir, müxalifət lideri Morqan Tsvanqirai bundan əvvəl R.Muqabenin ölkənin maraqları naminə istefaya getməsinin zəruri olduğunu bəyan edib.

Daha əvvəl mətbuatda prezident R.Muqabenin girov saxlandığı barədə məlumat yayılıb. Həmçinin hərbi hissələrdən zirehli texnikaların paytaxt Harare şəhərinə doğru irəlilədiyi bildirilib. Bəzi məlumatlara görə, onlar dövlət teleradio şirkətinin binasını ələ keçiriblər, şəhərdə partlayışların baş verdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR