Çin hökuməti ABŞ-la sammitin keçirilməsinə ehtiyatla yanaşır

Çin hökuməti ABŞ-la sammitin keçirilməsinə ehtiyatla yanaşır
# 09 mart 2019 14:09 (UTC +04:00)

Çin hakimiyyəti Çin Xalq Respublikasının sədri Si Szinpin və ABŞ prezidenti Donald Tramp arasında görüşün ticarət məsələləri üzrə yekun razılaşmanın əldə olunacağına qədər keçirilməsinə tərəddüdlə yanaşır.

ONA xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

WSJ mənbələrə istinadən bildirir ki, Çin rəsmiləri dəqiq razılaşma əldə olunana qədər sammitin keçirilməsinə dair öhdəliklər verməkdən imtina edirlər.

“Bir həftə öncə tərəflər sazişin ilkin versiyasını razılaşdırmağa yaxın idilər. Ancaq Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında baş tutan görüşün uğursuz olması Çin rəhbərliyinin narahatlığına və təəccübünə səbəb olub”, - deyə mənbələr qeyd ediblər.

Çində narahatdırlar ki, bu ayın sonu Trampın Floridadakı malikanəsində nəzərdə tutulan sammit zamanı Si Szinpinə təzyiq göstərə və onu seçim qarşısında qoya bilərlər. Bu səbəbdən Çin hakimiyyəti sammitin tərəflər arasında saziş imzalama mərasimi kimi keçirilməsini istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR